Azərbaycanda hər ay "Apple Pay" və "Google Pay" vasitəsilə iki milyona yaxın əməliyyat aparılır.
Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"
FED.az xəbər verir ki, bunu bu gün Azərbaycan Banklar Assosiasiyasının Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.
Onun sözlərinə görə, 2022-ci il oktyabrın birinədək Azərbaycanda 12 milyondan çox kart buraxılıb. O qeyd edib ki, ölkədə elektron kommersiyanın dövriyyə həcmi 1,7 milyard manata çatıb.
"Bu kartların 70 faizi təmassızdır. Bundan başqa, istifadəçilərin böyük əksəriyyəti adətən üç müxtəlif bankın kartına sahibdir", - T.Rüstəmov deyib. (Trend)