Azərbaycanda bank kreditləri üzrə yaranan mübahisələrlə bağlı 500 mindən artıq məhkəmə işi var. Bu barədə FED.az-a bank sektorundan məlumat verilib.
Məlumata görə, bu işlərin bir hissəsi ilə bağlı artıq qüvvəyə minmiş məhkəmə qərarı var, bəzi hissəsi hələ araşdırılır.
Eləcə də bax:Bələdiyyələrə 1 milyon ayrılır - YENİLİK
Mərkəzi Bankın məlumatlarına görə, ölkədə kredit hesablarının sayı 1,5 milyona yaxındır. Başqa sözlə, hər 3 kreditdən biri üzrə məhkəmə prosesi keçirilib və ya keçirilir. Kredit mübahisələri üzərə məhkəmə işləri həm manat həm də dollar kreditləri ilə bağlıdır.
Qeyd edək ki, 2018-i ilin sonuna olan məlumata görə, bank sektorunun kredit portfelinin 12 milyard 628 milyon manat təşkil edir. Ötən il bu göstərici 1 milyard 290,7 milyon manat və ya 11,4% artıb.
2018-ci ilin sonunda bank sektorunda problemli kreditlərin şhəcmi 1 milyard 585 milyon manata düşüb. Beləliklə son bir ayda problmli kreditlərin həcmində 103 milyon manat azalma olub. Nəticədə belə kreditlərin ümumi kredit portfelində payı 13,4%-dən 12,2%-ə enib.
Ümumilikdə, 2017-ci ilin sonu ilə müqayisədə, 2018-ci ilin sonunda ölkədə problemli kreditlər 42 milyon manat azalıb.
Eləcə də bax:Banklar məhkəmə qərarlarının icrasından narazıdır - İCRA İDARƏSİNDƏ GÖRÜŞ