Bu ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 3507 layihə maliyyələşdirilib.
Azərbaycanda güzəştli kreditlər ən çox bu sahələrə verilir - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu layihələrə SİF tərəfindən 138,3 milyon manat güzəştli kredit verilib. Həmin layihələrin 3503-ü mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur.
Ümumilikdə isə MKOB-lar 128,5 milyon manat güzəştli kreditdən yararlanıblar. Bununla da 2024-cü ilin 8 ayı ərzində verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 92,9%-i MKOB subyektlərinin payına düşüb.