Azərbaycanda qanunvericiliyə, o cümlədən gömrük qanunvericiliyinə əməl edən sahibkarlara gömrük xidmətinin fərqli münasibət göstərməsi üçün «Gömrüyün Dostu» siyahısı yaradılacaq. FED.az xəbər verir ki, bu qərar Gömrük Komitəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Əməkdaşlıq Şurasının iclasında qərara alınıb.
Eləcə də bax: Hər 800 manatda 12 manat qənaət - VERGİDƏ YENİ QAYDA
Gömrükçülərlə iş adamlarının mayın 27-də keçirilən iclasında idxal zamanı gətirilən malların dəyəri ilə bağlı hesab-fakturalara baxılmadığı və malların qiymətinin elektron daşıyıcılardakı rəqəmlərlə eyniləşdirilməsi problemi də müzakirə obyekti olub.
Sahibkarları təmsil edən ASK-nın vitse-prezidenti Vüqar Abbasov deyib ki, bəzi sahibkarlar həqiqətən də hesab-fakturanı dəyişdirir, qiymətləri daha aşağı göstərir, amma bu “əməllər” bütün sahibkarlara aid deyil. O, Azərbaycanda uzun müddət sahibkarlıq fəaliyyəti göstərən, qanunlara əməl edən sahibkarların tanındığını vurğulayaraq, bildirib ki, onlara qarşı fərqli mövqe tutulması vacibdir.
Gömrük Komitəsi sədrinin müavini İ.Hüseynov bu təklifi razılıqla qarşılayıb və «Gömrüyün Dostu» siyahısının hazırlanmasını təklif edib. İ.Hüseynov eyni zamanda ASK-nın üzvlərinin “Yaşıl Dəhliz”ə salınması üçün Komitəyə siyahı əlavə olunmuş rəsmi məktub göndərilməsini təklif edib. «ASK-nın üzvü olan iş adamları Azərbaycan iqtisadiyyatının qaymaqlarıdır», deyən İ.Hüseynov daha sıx əməkdaşlıq etmək üçün elə yerindəcə İşçi Qrupu yaradıb.
Azərbaycanda «Gömrüyün Dostu» olan iş adamlarının – SİYAHISI TUTULUR
11:05
1 İyun 2019