2026-cı ildə Azərbaycanda ailə, qadın və uşaq məsələləri üzrə xərclərin qarşılanması üçün dövlət büdcəsində 11,3 milyon manat vəsait nəzərdə tutulub.
3 və daha çox uşağı olanların pensiyaya tez çıxması təklif edilib
FED.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
"Bu vəsaitin 7,4 milyon manatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstəklə bağlı tədbirlər üçündür. Bu istiqamətdə xərclər son 5 ildə 3,5 dəfə artıb. Həmçinin, növbəti ildə fəaliyyətə başlanması nəzərdə tutulan Fizuli, Qazax, Şamaxı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin maliyyələşdirilməsi məqsədilə büdcədə 604 min manat əlavə vəsait nəzərdə tutulur", - deyə o qeyd edib. (Report)












