Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarının həcmi 11 milyard 815 milyon 783 min manatdır. Kredit almaq üçün ən münbit şərait isə Naxçıvandadır. FED.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, kreditlərin orta faiz dərəcəsi naxçıvanlılar üçün 8,5 faiz təşkil edib. Maraqlı bir fakt da budur ki, manatla olan kreditlərin orfa faiz dərəcəsi hətta 8,4 olduğu halda, xarici valyutada naxçıvanlılar yarımayıblar. Belə ki, sərbəst dönərli valyutada kredit qoyuluşları üzrə orta faiz dərəcəsi Naxçıvanda 21.2-dir. Haxçıvana kredit qoyuluşlarının həcmi isə 106 172.7 milyon manat olub.
Qeyd edək ki, kredit qoyuluşları üzrə orta faiz dərəcəsində ən yüksək rəqəmlər Aran iqtisadi rayonundadır. Banklar görünür, bu rayon üzrə risklərini yüksək hesab etdiklərindən kreditlərin orta faiz dərəcəsi 22.5-dir. Lənkəranlılar da krediti ucuz almırlar - 21.9 orta faiz dərəcəsi. Dağlıq Şirvan əhalisinə düşən kreditlər üzrə bu göstərici isə 21.2-dir.
Məlumata görə, ümumi kredit portfelinin 9 milyard 709 milyon 644 min manatı Bakıda cəmləşib. İkinci yerdə kənd təsərrüfatı sektoru üzrə lider olan Aran iqtisadi rayonu dayanır: 506 milyon 056 min manat. Paytaxtın elə özünə qarışmış Abşeron iqtisadi rayonu isə 464 milyon 442 min manatlıq kreditə malikdir. Gəncə-Qazax iqtisadi rayonuna verilən kreditlərin həcmi 449 milyon 255 min manatdır. Ən az kredit isə hazırda işğalda olan Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə qeydə alınıb – 300.6 milyon manat.
Ümumi rəqəmlər isə aşağıdakı kimidir
Regionların adları |
Cəmi |
Orta faiz dərəcəsi |
Azərbaycanda, cəmi |
11815783.0 |
12.0 |
Bakı |
9709643.5 |
10.5 |
Abşeron iqtisadi rayonu |
464442.3 |
15.6 |
Aran iqtisadi rayonu |
506055.6 |
22.5 |
Dağlıq Şirvan iqtisadi rayonu |
66834.6 |
21.2 |
Gəncə-Qazax iqtisadi rayonu |
449255.1 |
18.8 |
Quba-Xaçmaz iqtisadi rayonu |
143898.3 |
20.5 |
Lənkəran iqtisadi rayonu |
181641.8 |
21.9 |
Şəki-Zaqatala iqtisadi rayonu |
135664.5 |
20.9 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
51874.1 |
20.3 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
300.6 |
13.3 |
Naxçıvan iqtisadi rayonu |
106172.7 |
8.5 |
İlhamə Abdullayeva