Azərbaycanda əmlakın məcburi qiymətləndirmə halları müəyyənləşir.
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılacaq
FED.az xəbər verir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda əmlakın məcburi qiymətləndirilməsi həyata keçirilir.
Eyni zamanda, məcburi qiymətləndirmə 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla bilər.