Azərbaycanda 2022-ci ilin ilk 4 ayında elektron ticarət əməliyyatlarının həcmində rekord qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda bank kartlarının sayı - 2 MİLYON ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin aprel ayında ölkədə elektron ticarətin həcmi 1 milyard 270 milyon manat təşkil edi b ki, bu da ötən ilin apreli ilə (421 milyon manat) müqayisədə 3 dəfə artıqdır.
Ümumilikdə 2022-ci ilin yanvar-aprel aylarında elektron ticarətin həcmi 4 milyard 448 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü (1 milyard 601 milyon manat) ilə müqayisədə 2,8 dəfə artıqdır.
Yeni il bayramı ilə əlaqədar olaraq ticarətin kəskin artdığı 2021-ci ilin dekabrını nəzərə almasaq, 2021-ci ilin əvvəlindən indiyədək elektron ticarətin həcmində fasiləsiz artım var.
Elektron ticarət əməliyyatlarında hər əməliyyatın məbləği də artıb. 2021-ci ildə aparılan əməliyatların sayı və həcmini nəzərə aldaqdı hər əməliyyatın orta məbləği 65,8 manat təşkil etdiyih halda 2022-ci ilin ilk 4 aynda bu göstərici 69 manata yüksəlib.