Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 5,7 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 54,6%-ə düşüb.
"2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 mln. ABŞ dolları üstələyib", - deyə sədr əlavə edib.













