2019-cu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergi ödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.
FED.az-ın xəbərinə görə, Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən "dəyirmi masa"da bildirib ki, bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz təşkil edib. Qeydiyyatda olan obyektlərin sayında da 12 faizə yaxın artım müşahidə edilib.
Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı isə 36 min 558 olub.
Eləcə də bax: Vergilər nazirliyi: Final oyunu üçün vergi güzəştləri olacaq - ACIQLAMA