FED.az xəbər verir ki, bunu Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq.
İnkişaf» mövzusunda konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, bu addım iqtisadiyata müsbət təsri edə bilər. «Ola bilər bəzi sahələr üçün 5-6% ƏDV olsun. Bu barədə düşünmək lazımdır».
Azərbaycanda məhsuldarlığın, iqtisadiyyatdakı mənfəətin rəsmi səviyyəsi, reallığa uyğun deyil. Ziyad Səmədzadə bildirib ki, rəsmi məlumatlara görə, ÜDM-də mənfəətin xüsusi çəkisi cəmi 3-4%-dir: ««Allah haqqı bu rəqəmlər reallığı əks etdirmir İnvestorar da baxır və deyir ki mənfəəti belə aşağı olan ölkədə işləmək olarmı?»
Azərbaycanda ƏDV 5-6% olacaq
10:58
13 Fev 2018