Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib və mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, bunun nəticəsində 2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 25,6 mln. manat təşkil edib. 2020-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 354,2 mln. manatlıq əməliyyat aparıb. (Apa)