Azərbaycanda 2021-ci ildə elektron ticarət ilə ödənişlərin ölkə daxilində həcmi yeni rekord yenilədi. Ölkə tarixində ilk dəfə aylıq e-ticarətlə ödənişlərin həcmi yarım milyard manatı geridə qoydu.
Eləcə də bax: Bir ayda Azərbaycanda 600 POS-terminal - Ləğv Edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin avqust ayı üçün təqdim etdiyi hesabata görə, son ayda 505 milyon manat həcmində e-ticarətlə nağdsız ödənişlər həyata keçib. Bu öncəki ayla müqayisədə 5%, son bir ildə isə 54% artım deməkdir.
Elektron ticarət ilə nağdsız ödəniş əməliyyatları 464 mln. manatı debet kartları, 41 milyon manatı isə kredit kartları ilə aparılıb. Debet kartları ilə əməliyyatların həcmi 4.74% artdığı halda, kredit kartları ilə 7.89% artmışdır.
Göstəricilərdə o da qeyd edilir ki, avqust ayı ərzində 8 milyon 314 min ədəd nağdsız e-ticarət əməliyyatı həyata keçib.