Azərbaycanda dövriyyədə olan 196 min pul nişanından biri saxtadır. FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2018-ci ildə Mərkəzi Banka dövriyyədən 9.8 mlrd. manat və ya 431 mln. ədəd pul nişanı mədaxil olunmuş, 10.1 mlrd. manat və ya 486 mln. ədəd pul nişanı isə məxaric olunub. Ümumilikdə ilin əvvəlindən tədavüldə pul kütləsi 2.8% (224 mln. manat və ya 55 mln. ədəd) artaraq hesabat dövrünün sonuna 8.4 mlrd. manat təşkil eudib.
2018-ci ildə tədavüldə olan hər 196 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb. Bu da digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Qeyd edək ki, avro üzrə tədavüldə olan hər 30 min ədədə - 1 ədəd, ABŞ dolları üzrə hər 5 min ədədə - 1 ədəd, Rusiya Rublu üzrə isə hər 132 min ədədə - 1 ədəd saxta pul düşür.