Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 390 milyon manatının və yaxud 1 %-nin dövlət rüsumundan daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2025-ci il dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edildi - SİYAHI
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.