Azərbaycanın dövlət istiqrazlarına yatırım etmiş şəxslər 2024-cü ilin ilk yarısında 170 milyon manat va ya 100 milyon dollar həcmində gəlir əldə edib.
Azərbaycanın daxili dövlət borcu 4 dəfə artıb – 17 MİLYARD MANATA ÇATIR
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, dövlət istiqrazlarına yatırım edən şəxslərə 2024-cü ilin 1-ci yarısında – ynvar-iyun aylarında ümumilikdə 995 milyon manat ödəniş edilib.
Bunun 825,5 milyon manatı vaxtilə alınmaş istiqrazlar üzrə əsas ödənişlər, 170,1 milyon manat isə həmin istiqrazlar üzrə ödənilən faizlər və diskont ödənişləridir.
Maraqlıdır ki, əvvəlki dövrdə buraxılan istiqşrazlar üzrə ödənişlər, yeni istiqraz buraxılışı hesabına edilib.
«2024-cü ilin ilk yarısında daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılmışdır. Bununla yanaşı hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilmişdir»-deyə nazirliyin açıqlamasında bildirilir.