Azərbaycanda xarici valyutada olan problemli kreditlərin həcmi fevral ayı ərzində 2%-ə yaxın azalaraq cari il martın 1-nə milli valyuta ekvivalentində 567,7 mln. manat təşkil edib.
Eləcə də bax: Banklar kreditlərin gecikmə ehtimalını - MÜZAKİRƏ EDİBLƏR
FED.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu kateqoriyadan olan problemli kreditlərin həcmi örtən ilin eyni dövrü ilə müqayisədə isə 28,4% azalıb.
Qeyd edək ki, 2020-ci il martın 1-nə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 696,4 mln. manat təşkil edib. Bunun isə 1 297,8 mln. manat və ya 8,3%-nin vaxtı keçib.
Xatırladaq ki, xarici valyutada kreditlərin problemli kreditlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 50,3% təşkil edib.
Eləcə də bax: "Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik"
Apa