Xəbər verildiyi kimi, sentyabr ayında Azərbaycanda dollar satışı azalıb. FED.az xəbər verir ki, Dövlət Neft Fondu sentyabr ayının nəticələrini açıqlayarkən bəyan edib ki, ötən ay cəmi 394,8 milyon dollar həcimdə valyuta satıb, bu da avqust ayı ilə müqayisədə 2 dəfəyə yaxın azdır. Müqayisə üçün bildirək ki, aprel ayında Fond 802,6 milyon dollar, avqust ayında isə 733 milyon dollar valyuta satmışdı.
İqtisadçı ekspert Samir Əliyev dollar satışının azalmasını ilk növbədə mövsümü amillərlə, daha dəqiqi turizm və xaricdə təhsillə əlaqələndirir: «Diqqət yetirsək, aprel ayından başlayaraq dollara təlabat yüksək olub və iyul-avqust ayında bu yüksək temp saxlanılıb. Düşünürəm ki, bu turizimlə bağlı insanların xarici ölkələrə getməsi və eyni zamanda xaricdə təhsil alan insanların ölkədən valyuta alaraq xaricə getməsi ilə əlaqədardır». Ekspertin sözlərinə görə, dollara təlabatın azalması ötən il də eyni tendensiya ilə dəyişib.
Ümumilikdə isə 2018-ci ildə dollara tələbat və dollar satışı artıb. Məsələn bu ilin ilk 9 ayında Neft Fondu tərəfindənn satılan valyutanın həcimi 4 milyard 640 milyona yaxın olub. Ötən il isə bu göstərici 2,5 milyard dollar idi. Doğrudur, ekspertin sözlərinə görə, ötən il situasiya bir qədər fərqli olub və Neft Fondundan ayrılan valyutanın bir hissəsi Mərkəzi Bank tərəfindən xarici borcların ödənilməsinə yönəldilib: «Ona görə düşünürəm ki, 2017-ci ilin 9 ayında Neft Fondunun Mərkəzi Banka ayırdığı vəsaitlə birgə və Neft Fondunun bazara satdığı vəsaitlə birlikdə 4 milyar 300 milyon dollar edir. Yəni göründüyü kimi, bu ilin 9 ayında satılan dolların həcimindən 350 milyona yaxın çoxdur».
Ekspert bildirir ki, bu ilin 9 ayında satılan dolların həcimi 2016-cı ilin 9 ayında satılan dolların həcminə yaxın olub. Bu da dollara olan təlabatın artdığını göstərir.
Samir Əliyevin sözlərinə görə, 2017-ci ildə dollara təlabatın az olmasının səbəbi bir tərəfdən makroiqtisadi sabitliyə nail olunması idisə, digər tərəfdən, əsas səbəb, prezidentin dövlət büdcəsindən maliyyələşən təşklatların idxal mallarının satın alınmaması ilə bağlı fərmanı olub: «Həmin fərmandan sonra idxalın kəskin azaldığını müşahidə etdik. Bu fərman 2018-ci ilin yanvarın 1-ə qədər qüvvədə olub. Bu fərmanın vaxtı bitdikdən sonra idxal artdığını gördük və düşünürəm ki, dollara tələbatın artmasının əsas səbəbi idxalın çoxalmasıdır».
Dollara tələbatın artmasının digər səbəbi qonşu ölkələr - Türkiyə və Rusiya valyutasının ucuzlaşmasıdır ki, bu da bizim bazara neqativ təhsirini göstərməkdədir: «Ona görə ki, bu gün Türkiyənin, eləcə də Rusiyanın daşınmaz əmlak bazırına böyük həcimdə vəsaitlər yönəldilir. Üstəlik, dünya bazırında neftin qiymətinin artması idxalın artmasını çoxaldacaq ki, bu da dollara tələbatı getdikcə artıracaq».
Ekspert bildirir ki, 2018-ci ilin büdcəsində Dövlət Neft Fondundan büdcəyə 10 milyard 966 milyon manat, yəni təxminən 6 milyard 450 milyon dolların köçürülməsi nəzərdə tutulub. Bu vəsaiti proporsional böləndə ilk 3 rübdə 4 milyard 838 milyon dollar satılmalı idi: «Amma bir qayda olaraq 4-cü rübdə dollara tələbatın bir qədər artdığını nəzərə alanda Neft Fondunun satışlarının daha da artacağını düşünürəm. Ümüd edirəm ki, bu satışların həcmi nəzərdə tutulan həcmi keçməyəcək».
Azərbaycanda dollara tələbat azalıbmı? - EKSPERTDƏN İZAH
16:38
5 Okt 2018