Azərbaycanda xaricdə baş verən bəzi makroiqtisadi hadisələr fonunda 2021-ci ilin son rübü və eləcə də cari ilin əvvəli bir əhalinin dollara olan tələbi yüksəlməyə başladı.
Eləcə də bax: Azərbaycanda bank əmanətlərində dolların payı - 8 İLDƏ ƏN AŞAĞI HƏDDƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bunun nəticəsində də ölkənin suveren fondu Dövlət Neft Fondunun banklara dekabrda 989 milyon dollara, yanvarda isə 727 milyon dollar idi.
2022-ci ilin yanvarında banklar rəsmi məzənnə dəyərində ABŞ dolları elan etsələr də, əhali əllərindəki valyutanı banklara mübadilə etməkdən çəkindilər. Məsələn, həmin ay ərzində bankların yarıdan çoxu 1 dolları 1.7000 manatla alış təklif etsələr də, ölkədə əhalisini cəmi banklara 80 milyon dollar satıb. Bu öncəki ayla müqayisədə 23% azdır.
Əhalinin banklardan dollar alışı isə 367 milyon ABŞ dolları olmuşdur. Beləliklə, yanvarda 288 milyon dollar əhalinin “yasdığı” altına gedib. Bu ötən ilin noyabrında 221 milyon, dekabrında 318 milyon dollar idi.
Onu da bildirməliyik ki, 2021-ci ilin aprelindən sentyabrına qədər əhalinin yastığı altında olan dollarlar satışlara çıxmağa başladı. Bankları əhalidən aldığı dollarla, onlara satdığı dollar arasındakı fərq 150 milyon idi.
ARDNF-in yerli banklara hərraclarda satdığı ABŞ dolları isə 727 milyon dollar oldu.
Nisbətlərə baxdıqda: ARDNF-in banklara satdığı dollar aylıq müqayisədə 27% azalıb, əhalinin banklara satdığı dollar 23% azaldığı halda, bankların əhaliyə satdığı dollar cəmi 13% azalıb.
Bankların dollar satışlarının artırması, əlavə olaraq alış məzənnəsinin də hətta yüksəltməsi nəticəsində mübadilə məzənnəsi 1.7014 səviyyəsinə çıxdı ki, bu da 2020-ci ilin mayından bu tərəfə maksimumdur.