Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olunub və payız sessiyası üçün plenar iclasa tövsiyə edilib".
Eləcə də bax: Milli Məclisin deputatlarının - Avtomobilləri
FED.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib.
O qeyd edib ki, layihədə başqa şeylərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazılıb:
"Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər". (Report)