İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “City Leasing” MMC-ni dövlət qeydiyyatına alıb.
Bakıda yeni lizinq şirkəti - YARADILIB
FED.az xəbər verir ki, yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 95, mənzil 52, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Vaqif Şakir oğlu Hüseynovdur.
Bundan başqa, “AZ-H Lizing” MMC qeydiyyatdan keçib. Bu lizinq şirkətinin isə hüquqi ünvanı Şəki şəhəri, Nizami küçəsi, ev 45, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Nəbi Məmməd oğlu Hüseynbəylidir. (Renkinq)