Auditorlar Palatası daha iki audit şirkətinə müvafiq sahə üçün yeni, müddətli lisenziyalar verib.
FED.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, “Financial Support Center” MMC-yə bu ilin mayın 7-dən 2030-cu ilin mayın 7-ə kimi qüvvədə olmaqla AT/341 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru Cəbrayılov Muxtar Cəbrayıl oğludur.
Eyni zamanda “Pro Audit” MMC-yə də bu ilin mayın 12-dən 2030-cu ilin eyni tarixinədək qüvvədə olan AT/342 saylı lisenziya verilib. Şirkətin direktoru Hüseynzadə Dəyanət Telman oğludur. Onun şəxsi auditor sertifikatı isə SA/520 nömrəsi ilə 25 aprel 2023-cü ildən 25 aprel 2028-ci ilədək etibarlıdır.