Auditorlar Palatası daha bir audit şirkətinə müvafiq sahə üçün yeni, müddətli lisenziya verib.
FED.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, “RNN PARTNERS CO” MMC-yə bu ilin iyunun 13-dən 2030-cu ilin iyunun 13-nə kimi qüvvədə olmaqla AT/345 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru Cəfərov Cavid Qafar oğludur.