İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Araz Yağubova 30 min manat güzəştli kredit verib.
Azərbaycanda I yarımildə 103 milyon manata yaxın güzəştli kredit verilib
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, güzəştli kredit çay və lavanda plantasiyasının genişləndirilməsi və damcı suvarma sisteminin quraşdırılması layihəsi üzrə ayrılıb. Layihənin maliyyələşdirilməsi "Bank Respublika" ASC vasitəsilə həyata keçirilib.