Bu ilin mayın 1-nə Azərbaycandakı bankların müştərilərinin sayı 9 722 780 təşkil edib ki, bu da aprelin 1-i ilə müqayisədə 3% çoxdur.
Eləcə də bax: AMB: Təmassız ödəniş kartlarının sayı - 5 Milyona Yaxınlaşıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, müştərilərin sayı ilin əvvəli ilə müqayisədə 7,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,8% artıb.
Mayın 1-nə müştərilərin 98,8%-ni fiziki şəxslər təşkil edib ki, onlarında 4,4%-i sahibkarlıqla məşğul olanlar olub.
Qeyd edək ki, bankların korporativ (hüquqi) müştərilərinin sayı isə 117 412 təşkil edib, bu da aylıq müqayisədə 0,4%, illik müqayisədə isə 3,3% çoxdur. Sözügedən kateqoriyaya aid müştərilərinin sayı ilin əvvəlindən isə 2,9% artıb. (Apa)