Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondu tərəfindən “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na dəyişikliklər edib.
Eləcə də bax: Azərbaycanda biznes kreditlərini - ARTIRAN VƏ AZALDAN BANKLAR - SİYAHI
FED.az xəbər verir ki, dəyişikliklər zəmanət istəyən sahibkarlara və müvəkail banklara qarşı tələblərin yumşaldılmasından ibarətdir.
Fərmana əsasən, sözügedən qaydaya aşağıdakı dəyişikliklər edilib:
1. Qaydaların 3.2.2 – 3.2.4-cü yarımbəndlərdə “30 (otuz)” sözləri “60 (altmış)” sözləri ilə əvəz edilib.
Yəni əvvəllər zəmanətdən istifadə etmək üçün sahibkarların kreditlər üzrə gecikməsi 30 günü keçməməliydi, indi isə 60 günə qədər gecikməsi olanlar da bu xidmətdən istifadə edə biləcək.
2. Qaydaların 4.2.4-cü yarımbənddə “85” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilib.
Bu o deməkdir ki, indiyədək zəmanətin kreditə nisbəti 85%-dən artıq olmamalıydı, yəni məsələn 1 milyon manatlıq kreditə verilən zəmanət 850 min manatı keçməməliydi. İndi isə bu nisbət daha da artırılıb.
3. Qaydalarıqn 4.6-cı bənddən “və yalnız bir dəfə” sözləri çıxarılıb.
Bu o deməkdir ki, indiyədək Fondu tərəfindən əəmanət verilmiş kredit Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada və yalnız bir dəfə restrukturizasiya (müddəti uzadıla bilərdi – sahibkra dəstək üçün) edilə bilərdi. İndi isə bu məhdudiyyət götürülüb və tələb olunarsa, bir kredit bir neçə dəfə də restrukturizasiya edilə bilər.
4. Qaydaların 5.2.4-cü yarımbəndinə dəyişiklik edilib və burada zəmanət üçün sahibkardan tələb olunan sənədlərin siyahısı azaldılaraq 13-dan 6-ya endirilib.
İndi zəmanət almaq üçün aşağıdakuı sənədlər tələb olunacaq:
- kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
- borcalanın maliyyə və əmlak vəziyyətini əks etdirən sənədlər və məlumatlar;
- borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;
- borcalanın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyanların və s.) şəxsiyyətini təsdiq edən sənədlər;
- borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər (zaminlər, girov (ipoteka) qoyanlar və s.) barədə dövlət reyestrindən çıxarış;
- borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd.”;
Bu o deməkdir ki,
(1) bundan sonra sahiibkarlar zəmanət üçün müraciət edəndə təkcə maliyyə vəziyyətləri deyil, həm də əmlak vaəziyyətləri barədə məlumati verəcəklər.
(2) borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit hesabatı tələb olunmayacaq.
(3) sahibkarlar dövlət büdcəsinə və DSMF-yə borclarının olmaması və ya hesablarında sərənxcamın olmaması barədə araşyış gətirməli olmayacaqnlar.
(4) sahibarlardan vergi (ƏDV) hesabatı da tələb olunmayacq.
(5) borculan təşkilatın təsisçilərinin 25-dən artıq payı olduqda onların kredit hesabatı, borculan sahibkar olduqda isə zakminin kredit hesabatı tələb olüunmayacaq
(6) təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunmayacaq.
(7) girovun qiymətləndirmə aktı tələb olunmayacaq
(8) orcalanın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd də tələb olunmayacaq.
7. Qaydaların 10.1-ci bəndin birinci cümləsində, 10.2-ci bənddə və 10.3.2-ci yarımbəndin birinci cümləsində “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilib.
Bu o deməkdir ki, indiyədək bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-ini keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılırdı.İndi isə bu tələb yumşaldılaraq 20%-ə qaldırılıb. Bu dəyişiklik bankdakı qeyri-işlək kreditlərin həcminə də aiddir. İndiyədək bir müvəkkil bank üzrə zəmanətlərlə təmin edilmiş kredit portfelində qeyri-işlək kreditlərin və restrukturizasiya olunmuş kreditlərin həcmi 10%-dən çox olmamalı idi. İndi isə bu hədd 20%-ə qaldırılıb.
8. Qaydaların 10.8-ci bənddə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilib.
Bu o deməkdir ki, indiyədək olan qaydalara əsasən Fondla bank arasında çərçivə müqaviləsi ləğv edildiyi tarixdən 2 il ərzində Fond həmin bankla yeni çərçivə müqaviləsi bağlaya bilməzdi. İndi isə bu «cəza» müddəti 1 ilə endirilib.
9. Qaydaların 11.3-cü bəndinə edilən dəyişikliyə görə, Fondun İdarə Heyəti hər bir müvəkkil bank üzrə limiti Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edir. Bu o deməkdir ki, indiyədək banklara limitlərin ayrılması ilə bağlı tətbiq edilən mürəkkəb mexanizm ləğv edilir. Çünki burada limitin məbləği təkcə müvəkkil bankın vəziyyətindən deyil, həm də digər müvəkkil banklardakı vəziyyətdən asılı olurdu.