2020-ci ilin aprelində Azərbaycanda banklararası pul bazarında illik faiz iki dəfə artıb.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.
Eləcə də bax: "Ölkədə aqrar kreditləri, mikrokreditləşməni artırmaq lazımdır"
O bildirib ki, ötən ay illik faiz 4 faizdən 8 faizədək qalxıb.
Bundan başqa, E.Rüstəmov deyib ki, Azərbaycanda istehlak kreditləşməsinin azaldılması hesabına biznes kreditlərin payı artır və bu ölkənin müəyyən iqtisadi sektorlarında, ticarət, turizm və digər sahələrdə azalma fonunda müsbət proqnozlar verməyə imkan yaradır.
Bununla əlaqədar olaraq, uçot dərəcəsinin yuxarı həddinin bir faiz azalması kreditlərin ucuzlaşması hesabına kreditləşmənin inkişafına təkan verəcək.
Trend