Azərbaycanda büdcə xərclərinə qənaət başlayır.
Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı sənəddə bildirilir.
Xatırladaq ki, sənəddə bu ilin sonunadək olan müddətdəiqtisadi artımın azalacağı, bununla yanaşı, büdcə gəlirlərinin nəzərdə tutulandan daha artıq olacağı bildirilirdi. Gəlirlərin daha artıq olağağına baxmayaraq Maliyyə Nazirliyi ilin sonunadək büdcə xərclərinlə azalma olacağını bildirib.
Sənəddə bildirilir ki, 2025-ci il dövlət büdcəsinin xərcləri 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir. Bu 2025-ci ilin təsdiq edilmiş büdcəsinə nisbətən 1,7 faiz və ya təqribdən 700 milyon manat azdır.
FED.az 2025-ci il dövlət büdcəsinin xərclərinin ilin əvvəlində büdcədə təsdiqlənən deyil. artıq reallıqda gözlənilən məbləğlərini təqdim edir.
Ümumilikdə sahələr üzrə xərclərin 1-2% azalması gözlənilir. İlk baxışdan kiçik olsa da, bu il ərzində 700 milyon manat qənaət deməkdir.
Sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4751.7 milyon manata qarşı 4704.2 milyon manat və ya 47,5 milyon manat (1,0 faiz) az,
ətraf mühitin mühafizəsi xərcləri təsdiq olunmuş 414.2 milyon manata qarşı 410.1 milyon manat və ya 4,1 milyon manat (1,0 faiz) az,
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 621.8 milyon manata qarşı 615.6 milyon manat və ya 6,2 milyon manat (1,0 faiz) az,
iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 8377.5 milyon manata qarşı 8210.0 milyon manat və ya 167,6 milyon manat (2,0 faiz) az,
müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 8396.3 milyon manata qarşı 8245.2 milyon manat və ya 151,1 milyon manat (1,8 faiz) az,
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3192.0 milyon manata qarşı 3144.1 milyon manat və ya 47,9 milyon manat (1,5 faiz) az,
kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1203.8 milyon manata qarşı 1179.7 milyon manat və ya 24,1 milyon manat (2,0 faiz),
təhsil xərcləri təsdiq olunmuş 4937.3 milyon manata qarşı 4838.5 milyon manat və ya 98,7 milyon manat (2,0 faiz) az,
ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 5261.7 milyon manata qarşı 5179.9 milyon manat və ya 81,8 milyon manat (1,6 faiz) az,
səhiyyə xərcləri təsdiq olunmuş 1993.6 milyon manata qarşı 1969.7 milyon manat və ya 23,9 milyon manat (1,2 faiz) az,
mənzil və kommunal təsərrüfatı xərcləri təsdiq olunmuş 369.9 milyon manata qarşı 361.4 milyon manat və ya 8,5 milyon manat (2,3 faiz) az,
əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə təsdiq olunmuş 1887.8 milyon manata qarşı 1829.2 milyon manat və ya 58,5 milyon manat (3,1 faiz) az olacağı proqnozlaşdırılır.
Ümumi qənaət olunacaq məbləğ 719,9 milyon manat təşkil edəcək.