Azərbaycanda banklar ilə sürətli pul köçürmələrin həcmi artıb.
Eləcə də bax: Şirkətlərin keçən ay bank hesablarındakı pulları - 60 Milyon Manatdan Çox Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verir.
2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda banklarına 1 261.4 milyon manatlıq sürətli pul köçürmə vəsait daxil olmuşdur ki, bunun da 173.8 mln. manatı təkcə avqustun payına düşür.
İllik müqayisədə banklara daxil olan sürətli pul köçürmələrdən vəsait 20% artmışdır.
Hesabat müddətində banklardan kənara isə 765.7 mln. manat həcmində pul vəsaiti köçürülmüş, bunun da 103.3 mln. manatı avqustun payına düşmüşdür.
Banklardan kənara sürətli pul köçürmələrlə gedən pulun həcmi isə 15% artmışdır.