2020-ci ilin avqust ayının 1-ə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən bankların 8 milyon 547 min 197 nəfər müştərisi var.
FED.az xəbər verir ki, müştərilərin sayı illik müqayisədə 13,7% və ya 1 milyon 30 min 304 nəfər artıb. Müştəri sayında aylıq müqayisədə isə 1% və ya 81 min 220 nəfər artıb.
Bu müştərilərin 8 milyon 434 min 165 nəfəri fiziki, 113 min 32 nəfəri hüquqi şəxsdir. Fiziki şəxs müştərilərin 342 min 355-i sahibkarlıqla məşğul olur.
Bu ilin avqust ayının 1-də banklardakı müştəri hesablarının sayı 20 milyon 107 min 72-dir. Hesablarının sayı illik 11,5% və ya 2 milyon 72 min 13 ədəd artıb.
Müştəri hesablarından 17 milyon 211 min 544-ü cari, 2 milyon 602 min 985-i kredit, 292 min 543-ü depozit hesablarıdır.
Cari hesabların 16 milyon 957 min 282-si fiziki, 254 min 262-si hüquqi şəxs hesablarıdır.
Fiziki şəxs hesablarından 410 min 75 nəfəri sahibkarlıqla məşğul olan şəxslərin hesablarıdır.