Bu gün Ədliyyə Nazirliyi "PAŞA Bank" ASC ilə birlikdə istifadəyə verdiyi innovativ xidmətinin ictimai təqdimatını keçirir.
Eləcə də bax: Notarius xidmətlərində yenilik: Mobil tətbiqə ediləcək əlavələr - Açıqlandı
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, yeni xidmət müştərilərə bank xidmətlərindən yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında təsdiq etmək imkanı verir.
Ölkəmizdə ilk dəfə tətbiq olunan texnoloji həll bir sıra əməliyyatlar üzrə müştərilərin banka və yaxud notariusa bilavasitə müraciət etmək zərurətini aradan qaldırır. Belə ki, onlayn bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında təsdiq etdirə biləcək.