Maliyyə

Azərbaycanda bank müştərilərinin sayı bir ayda - 58 Mindən Çox Artıb

Azərbaycanda bank müştərilərinin sayı bir ayda - 58 Mindən Çox Artıb | FED.az
17:00 23 Fev 2021

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin yanvar ayına  9 131 891 nəfər təşkil edib.

Eləcə də bax: Əhalinin dollara tələbatı - 10 Aylıq Maksimuma Çatıb

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verir.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 226 008 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 905 883 nəfər artması deməkdir.

Ötən ilin dekabr ayında bank müştərilərinin sayı 9 073 826 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 58 065 nəfər artıb.

Bank müştərilərindən 9 017 582  nəfəri fiziki şəxslər, 114 309 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 57 857 nəfər, hüquqi şəxslərin sayı 208 nəfər artıb.

Banner

Digər xəbərlər