“Хudat Balıq” ASC səhmdarlarının təkrar növbəti illik ümumi yığıncağı 11 iyul 2019-cu il saat 14.00-da, Xudat şəhəri, Müqtədir qəsəbəsində yerləşən inzibati binada baş tutacaq.
FED.az xəbər verir ki, gündəliyə aşağıdakı mövzular daxildir.
“Хudat Balıq” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10 .00-dan 18 .00-dək, səhmdar cəmiyyətin Xudat şəhəri, Müqtədir qəsəbəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.
Azərbaycanda balıq şirkətinin sahibləri - TOPLAŞIR

10:24
11 İyun 2019