"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya, hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
“Atabank”ın daşınmaz əmlakı - HƏRRACA ÇIXARILACAQ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) məlumat verilib.
"Əmanətçinin qorunan əmanəti ləğvetmə prosesində olan bir bankda, öhdəliyi isə ləğvetmə prosesində olan digər bir bank qarşısında olarsa, qorunan əmanət üzrə ödəniləcək kompensasiyanın digər bank qarşısında olan öhdəliklə əvəzləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, indiyənədək Azərbaycanda bağlanmış 22 bank ləğvetmə prosesindədir. (Report)