2022-ci ilin birinci yarısında Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə 2 f.b. – illik 15%-dək azalıb.
Eləcə də bax: Azərbaycanda güzəştli avtomobil kreditinə - EHTİYAC VARMI?
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Yanvar-iyun aylarında istehlak kreditlərin bəzi növləri üzrə dərəcələrin artımı müşahidə olunur. Xüsusilə, məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 22% (2021-ci ildə - 21%), mənzil təmirinə kreditlər üzrə - 22% (21%) təşkil edib.
Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 25% səviyyəsində qalıb. Həmçinin, yanvar-iyun aylarında xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. – 8%-dək artıb.
2022-ci ilin birinci yarısında milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 20% (21%), xarici valyutada – 4% (4%) təşkil edib. (İnterfaks-Azərbaycan)