2023-cü ilin birinci yarısında Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə 3 f.b. – illik 12%-dək azalıb.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Birinci yarımillikdə məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. - 24%-dək artıb, mənzil təmirinə kreditlər üzrə 2 f.b. - 21%-dək azalıb.
Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. - 25%-dək, xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 1,f.b. - 7%-dək azalıb.
2023-cü il iyunun sonuna milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 19% səviyyəsində qalıb, xarici valyutada 2 f.b. - 7%-dək artıb. (İnterfaks-Azərbaycan)