2023-cü ildə Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə 4 f.b. – illik 11%-dək azalıb.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2023-cü ildə məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 2 f.b. – 25%-dək artıb, mənzil təmirinə kreditlər üzrə - 6 f.b. - 1%-dək azalıb.
Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 2 f.b. – 24%-dək, xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 3 f.b. – 5%-dək azalıb.
2023-cü il dekabrın sonuna milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 2 f.b. – 17%-dək azalıb, xarici valyutada – 3 f.b.- 8%-dək artıb. (İnterfaks-Azərbaycan)