Azərbaycanda auditor xidmətlərinin genişləndirilməsi və auditor seçimi qaydalarının dəyişdirilməsi gözlənilir.
Eləcə də bax: Hesablama Palatasının sədrinin və auditorların maaşları - ARTIRILDI
FED.az xəbər verir ki, bu və digər yeniliklər Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 28 iyul tarixində videokonfrans formatında keçirilən növbəti iclasında müzakirə edilib.
Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Ölkənin iqtisadi qüdrətinin və potensialının artırılması istiqamətində auditor xidmətinin üzərinə düşən vəzifələrin beynəlxalq təcrübə nəzərə alınmaqla genişləndirilməsi üzrə təkliflər barədə;
2. Azərbaycan Respublikası Auditorlar Palatasının 2022-ci ilin I yarımili üzrə fəaliyyətinin yekunlarına dair hesabat barədə;
3. PL/TMM üzrə risklərin müəyyən edilməsinə dair proqram təminatı barədə;
4. “Monitorinq subyektlərinə PL/TMM üzrə tələblərə, Milli Risk Qiymətləndirilməsi zamanı aşkar edilmiş zəifliklərə və təhdidlərə dair təlim proqramı” barədə;
5. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2017-ci il 30 iyun tarixli 288/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”də dəyişiklik edilməsi barədə;
6. “Rəqəmsal iqtisadiyyatda şəffaflıq” kitabının hazırlanması və nəşri barədə;
7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2022-ci il 16 sentyabr tarixində “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi barədə;
8. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq sazişinin imzalanması barədə.