Bu ilin yanvar ayında Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədlərinə tam əməl edilmədiyi müşahidə olunsa da, təhlil nəticəsində və əldə edilən izahatlar əsasında ötən ilin eyni dövrü ilə müqavilə məbləğlərində azı 25 % artım olduğu müəyyənləşdirilib.
AMB: "BOKT-lərdə kənar audit və korporativ idarəetmə ilə bağlı tələblər hazırlanacaq"
FED.az xəbər verir ki, bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatında bildirilir.
Sənədə əsasən, ötən ay 88 auditor təşkilatı və 33 sərbəst auditor “Auditorun şəxsi kabineti” sisteminə 650 müqavilə daxil edib. Bunlardan 6-sı “icra olunub”, 122-si “rəy verilib”, 522-si isə “icradadır” statusu ilə qeydə alınıb.
Müqavilələrdən 464-ü maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədi ilə təsərrüfat subyektlərinin maliyyə hesabatlarının auditi, 20-si nizamnamə kapitalının formalaşdırılmasının auditi, 5-i maliyyə-təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin vergi hesabatlarının auditi, 6-sı əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi, 98– i mühasibat və vergi uçotu, vergiqoyma üzrə ayrı-ayrı məsələlər üçün məsləhət xidmətinin göstərilməsi, 6-sı müəssisə və təşkilatlarda mühasibat xidmətlərinin göstərilməsi, 51-i isə digər auditor (əlaqəli xidmətləri) üzrə müqavilələr olub.
“Auditor xidmətlərinin dəyərinin minimum hədlər”inin müvafiq meyarları üzrə 3 milyon 770 min 778 manat dəyərində 495 müqavilənin qeydiyyatı aparılıb. Beləliklə, orta müqavilə məbləği 7 618 manat olub.
Maliyyə hesabatlarının auditi ilə bağlı 464 müqavilədən 430-u məcburi auditin subyekti, 34 müqavilə isə könüllü auditin subyekti olub. (Report)