Azərbaycanda auditdən keçən şirkətlərin sayı sürətlə artır.
FED.az Auditorlar Palatasının məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə 6 397 auditor işi həyata keçirilib.
2022-ci illə müqayisədə audit işlərinin sayı 1059 ədəd və ya 17% artıb. Xatırladaq ki, 2022-ci ildə ölkə üzrə 5338 audit aparılmışdı.
Audit işlərinin bir hissəsi məcburi, digəri isə könüllü müraciət əsasında həyata keçirilir. Palatanın məlmatına görə, 2023-cü il ərzində yerinə yetirilmiş 6397 müqavilədən 2962-i məcburi auditin subyekti, 3435-i isə könüllü auditin subyekti olub. Başqa sözlə aiudit işlərinin 46%-i məcburi, 54%-i isə könüllü olub.
2022-ci illə müqayisədə məcburi auditlərin sayı 700 ədəd, könüllü auditləin sayı isə 300-dən çox artıb.