Azərbaycanda kiçik və orta sahibkarların daha sərfəli kredit şərtlərinə əlçatanlığı üçün alternativ maliyyələşmə mənbələri yaradılacaq
Taleh Kazımov: "Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, maliyyə sektoru üzrə strateji hədəflər Azərbaycanın "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda müəyyən edilib.
"Strategiya ölkədə maliyyə vasitəçiliyinin genişləndirilməsi, maliyyə xidmətlərinə sağlam tələbin formalaşdırılması və real sektorun maliyyələşmə kanallarının şaxələndirilməsinə hədəflənib. AMB və digər aidiyyəti təşkilatlar, o cümlədən İqtisadiyyat Nazirliyi və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi maliyyә sektoru ekosisteminin hərtərəfli diaqnostikasını aparıb, strateji baxış və geniş spektrli təşəbbüslər formalaşdırıb.
Hazırda həmin təşəbbüslərin realizasiyası işlər aparılır. Belə təşəbbüslərə misal olaraq ölkədə alternativ maliyyələşmə kanallarının genişləndirilməsi, MKOB-lar üzrə informasiya asimmetriyasının azaldılması və digər tədbirlər daxildir. Ümumilikdə, həyata keçirilən təşəbbüslər ölkədə maliyyə inklüzivliyinə müsbət təsir etməklə fərdi şəxslər və real sektorun keyfiyyətli maliyyə xidmətləri ilə təminatının artırılmasını təmin edərək son nəticədə iqtisadi inkişafa və məşğulluğa xidmət edəcək", - deyə qurum bəyan edib.
Azərbaycanın regionlarında kiçik və orta sahibkarların daha sərfəli kredit şərtlərinə əlçatanlığını formalaşdırmaq üçün xüsusi proqramın hazırlandığını "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib. Onun sözlərinə görə, KOB sahəsi ən vacib seqmentlərdən biridir: "AMB, İqtisadiyyat Nazirliyi və AMB birlikdə bu mövzu ilə bağlı işlər görürlər. İnanırıq ki, bu proqram sayəsində kreditlər kiçik və orta sahibkarlara daha sərfəli şərtlərlə təqdim olunacaq. İlin sonuna kimi bu proqramın icrasına başlanacağı gözlənilir". (Report)