Asiya İnkişaf Bankı 2019-2021-ci illərdə Azərbaycana $815 mln. ümumi məbləğdə kredit resursları təqdim etməyə hazırdır.
FED.az xəbər verir ki, bankın saytında dərc olunan 3 illik biznes plana əsasən, bu dövrdə AİB Azərbaycana üç kredit ayırmağa hazırdır.
Eyni zamanda, 2019-cu ildə bank ölkə üçün $250 mln., 2020-ci ildə – $265 mln., 2021-ci ildə -$300 mln. məbləğində krediti ehtiyatda saxlayıb.
Xüsusilə, üç illik dövr ərzində bank Azərbaycanda energetika, makroiqtisadi sabitliyin təminatı və dövlət idarəçiliyi səmərəliliyinin artırılması sahəsində layihələri maliyyələşdirməyə hazırdır.
AİB-in qiymətləndirmələrinə əsasən, 2019-2021-ci illərdə Azərbaycan hökuməti bankın kreditləşdirdiyi layihələrin maliyyələşməsinə $85 mln. ayıracaq.
Bundan başqa, 2019-2021-ci illərdə AİB Azərbaycana $1,5 mln. məbləğində texniki yardım göstərməyi planlaşdırır.
Azərbaycan 1999-cu ildən etibarən AİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən respublikaya $4 mlrd.-dan artıq məbləğində kredit ayrılıb.