Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Unibank”, “PAŞA Bank”, “Turan Bank”, “Bank Avrasiya”, “Zıraat Bank Azərbaycan” və “Rabitəbank” ASC-lər, “Access Bank” QSC, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Unibank”da (7,3 dəfə), ən aşağı dinamika isə “Rabitəbank”da (0,7%) qeydə alınıb.
6 bankın – “Naxçıvan Bank”, “Günay Bank”, “Express Bank”, “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Xalq Bank” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Xalq Bank”da (70,3%), ən az azalma isə “Naxçıvan Bank”da (5,8%) qeydə alınıb.
3 bankın – “Bank of Baku” və “Premium Bank” ASC-lərin, Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 15,9 dəfə, 53,1% və 6 dəfə artıb, 1 bankın – “Bank VTB Azərbaycan” ASC-nin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 42,3% azalıb.
2 bank – “Azərbaycan Sənaye Bankı” və “Kapital Bank” ASC-lər bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 6 bank – “AFB Bank”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank Respublika”, “Muğan Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin 9 ayında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.