Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank", "Xalq Bank", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Vey", "Zıraat Bank Azərbaycan" və "Unibank"dır. Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 25,42 milyon manat vergi ödəyiblər. Ən çox vergi ödəyən "Kapital Bank" (18,857 milyon manat), ən az vergi ödəyən isə "Unibank" (62 min manat) olub.
Qalan 22 bank isə vergi məsələsini ilin sonuna saxlayıb. Bunlardan 6-sı ilin ilk 9 ayını zərərlə başa vurmuş Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Access Bank", "Nikoyl Bank" və "Bank VTB Azərbaycan"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.