Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Azərbaycanda banklar biznes kredit portfelini 3%, istehlak kreditləşməsini - 9,9% Artırıb
FED.az xəbər verir ki, bunlar “PAŞA Bank”, “Bank Avrasiya”, “Naxçıvan Bank”, “Zıraat Bank Azərbaycan” və “Turan Bank” ASC-lər, eləcə də İran Milli Bankınımn Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (4,1 dəfə), ən aşağı dinamika isə “Turan Bank”da (21,9%) qeydə alınıb.
6 bankın – “Rabitəbank”, “Xalq Bank”, “Günay Bank”, “Muğan Bank” ASC-lərin, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Access Bank”da (83,1%), ən az azalma isə “Rabitəbank”da (2,8%) qeydə alınıb.
2 bankın – “Premium Bank” ASC-nin və Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 51,5% və 6 dəfə artıb, 2 bankın – “Bank VTB Azərbaycan” və “Express Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 51% və 92,6% azalıb.
4 bank – “Kapital Bank”, “Unibank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lər bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 6 bank – “Azər-Türk Bank”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “AFB Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin I yarısında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.(renkinq)