Azərbaycanda 2023-cü ildə dövlət büdcəsindən xərclərin ayrı-ayrı sahələr üzrə müxtəlif istiqamətlərdə dəyişəcəyi gözlənilir.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.
Büdcə layihəsinə əsasən 2023-cü ildə
Ümumi dövlət xidmətləri xərclərinə 3 milyard 780 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (4 455 milyon manat olub) müqayisədə 575 milyon manat və ya 13,2% azdır.
Müdafiə və milli təhlükəsizlik sahəsinə 5 milyard 320 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (5 085 milyon manat olub) müqayisədə 235 milyon manat və ya 4,6% artıqdır.
Məhkəmə hakimiyyəti, hüquq və prokurorluq sahəsinə 2 milyard 744 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (2 482 milyon manat olub) müqayisədə 262 milyon manat və ya 10,6% artıqdır.
Təhsil sahəsinə 4 milyard 404 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (3 887 milyon manat olub) müqayisədə 517 milyon manat və ya 13,3% artıqdır.
Səhyyə sahəsinə 1 milyard 905 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (1 709 milyon manat olub) müqayisədə 196 milyon manat və ya 11,5% artıqdır.
Sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 412 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (3 729 milyon manat olub) müqayisədə 683 milyon manat və ya 18,3% artıqdır.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsinə 543 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (463 milyon manat olub) müqayisədə 80 milyon manat və ya 17,2% artıqdır.
Mənzil və kommunal təsərrüfat sahəsinə 355 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (273 milyon manat olub) müqayisədə 82 milyon manat və ya 30% artıqdır.
Kənd təsərrüfatı sahəsinə 1 milyard 202 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (997 milyon manat olub) müqayisədə 205 milyon manat və ya 20,6% artıqdır.
Ətraf mühitin mühafizəsi sahəsinə 363 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (292 milyon manat olub) müqayisədə 71 milyon manat və ya 24% artıqdır.
İqtisadi fəaliyyət sahəsinə 6 milyard 885 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (7 milyard 68 milyon manat olub) müqayisədə 183 milyon manat və ya 2,6% azdır.
Əsas bölmələrə aid edilməyən xidmətlər sahəsinə 1 milyard 387 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2022-ci ildəki məbləğlə (1 milyard 964 milyon manat olub) müqayisədə 577 milyon manat və ya 29% azdır.