Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı ötən il mənfəət vergisi ödəməyib.
FED.az xəbər verir ki, bunlar "Access Bank", "AGBank", "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank", "Muğan Bank", "NBC Bank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank" və "Turan Bank"dır.
Eləcə də bax: Azərbaycanda son 4 ildə yalnız mənfəətlə işləmiş - 9 BANK, SİYAHI
Baxmayaraq ki, adı çəkilən banklardan 11-i - "AGBank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Günay Bank", "Muğan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank" və "Turan Bank" 2018-ci ili mənfəətlə başa vurub.
14 bank isə ötən il müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (31,773 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (13 min manat) qeydə alınıb.