Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar İran Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "Muğan Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Access Bank", "AGBank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku", "Unibank", "Amrah Bank" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (44,7%), ən az azalma isə İran Milli Bankının Bakı filialında (4,4%) qeydə alınıb.
Qalan 18 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika "AFB Bank"da (50,4%), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,3%) qeydə alınıb.
6 BANKIN FAİZ GƏLİRLƏRİ 50 MİLYON MANATDAN ÇOXDUR
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin faiz gəlirləri 50 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (308,866 milyon manat), "Kapital Bank" (234,057 milyon manat), "PAŞA Bank" (124,263 milyon manat), "Xalq Bank" (82,146 milyon manat), "Access Bank"dır (65,331 milyon manat) və "Nikoyl Bank"dır (50,525 milyon manat).
Qalan 24 bankdan 16-də faiz gəlirləri 10-50 milyon manat arasında, 7 bankda 1-10 milyon manat arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə cəmi 541 min manatdır.