Azərbaycandakı banklar, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 18 sürətli pul köçürmə sistemi vasitəsilə xidmət göstərir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bunlardan 8-i xarici, 10-u isə yerli pulköçürmə sistemləridir. Xarici sistemlər ölkə ərazisində banklarla əməkdaşlıq müqaviləsi çərçivəsində fəaliyyət göstərir. (Report)