2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 694.8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 415.8 milyon manata bərabər olub.
DGK Azərbaycana gətirilən 50 min dollardan artıq vəsaitlə bağlı bu quruma məlumat verəcək - QƏRAR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-avqust aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2.2 dəfə və ya 2 milyard 66.2 milyon manat, banklardan xaricə köçürmələr isə 64.2% və ya 267.1 milyon manat azalıb.